Ağdamda minalanmış ərazidə yanğın başladı

  • Müəllif: Firuzə
  • 19 İyul 2026 12:17

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Gununsesi.info -ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Gununsesi.info