Ağdamda yanğın olub, xəsarət alanlar var

  • Müəllif: Admin08
  • 02 Oktyabr 2025 10:29

Ağdamın Quzanlı qəsəbəsində baş verən yanğın zamanı xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, yanğın qəsəbə sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə qeydə alınıb.

Yanğın nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı və 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin müayinə zananı hər iki şəxsə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

Evdə baş verən yanğın FHN-in yanğınsöndürmə briqadası tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info