Almaniya kansleri Fridrix Merz Hindistana rəsmi səfərə yola düşüb.
Gununsesi.info xəbər verir ki, yanvarın 13-dək davam edəcək səfər çərçivəsində Əhmədabad şəhərində kanslerin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü nəzərdə tutulub.
Sonra Fridrix Merz Banqalora səfər edəcək və orada alman şirkətlərinin nümayəndələri ilə görüşəcək.












