Ankarada güclü yanğın baş verib -Video

  • By ilhame
  • 03 Aprel 2024 20:15

Türkiyə paytaxtında təkər tullantıları toplanan ərazidə yanğın baş verib. Hadisənin səbəbləri hələ məlum deyil.

 

Gununsesi.info xəbər verir ki, əraziyə 80-ə yaxın yanğınsöndürən maşın cəlb edilib, yanğının söndürülməsi sahəsində işlər aparılır.

 

Hələlik hadisə nəticəsində həyatını itirən və ya yaralananlar barədə məlumat yoxdur.

 

Rəsmi açıqlama gözlənilir.

Gununsesi.info