Antalyada yaşayan ukraynalılar Rusiyaya qarşı etiraz aksiyası keçirib - TÜRKLƏR DƏ ONLARA DƏSTƏK OLUB

  • By admin
  • 28 Mart 2022 10:35

Antalyada yaşayan ukraynalılar ölkələrində Rusiyanın hücumuna etiraz olaraq maşınları ilə konvoy təşkil ediblər.

Bu barədə Gununsesi.info Türkiyənin “Sahil” qəzetinə istinadən bildirir.

 

Konyaaltı rayonundakı Sarısu istirahət sahəsinə toplaşan 100-ə yaxın avtomobil karvanı ilə 45 kilometr uzaqlıqdakı Muratpaşa rayonunun Güzeloba rayonunda yerləşən Ukrayna Mədəniyyət Parkına gediblər. Avtomobillərini dövlət bayraqları ilə bəzəyən ukraynalılara bəzi Türkiyə vətəndaşları da dəstək verib.

Ukraynalılar parka gələndə öz dövlət himnini oxuyub.

Daha sonra açıqlama verən Ukrayna Mədəniyyət və İncəsənət Dərnəyinin vitse-prezidenti Dmitri Bibik, “1 aydır hamımız sıx emosional yük içindəyik. Hər kəsə, ümumilikdə Ukrayna xalqına və Türkiyədəki Ukrayna icmalarına bir daha xatırladıram. Xüsusiylə Türkiyə Cümhuriyyətinin hüquqi qanunvericiliyi sahəsində fəaliyyət göstərən və Vətənini, öz torpaqlarını müdafiə edərkən, xalqımız hər gün azadlığı uğrunda canından keçərkən, doğum evləri, xəstəxanalar, məktəblər, yaşayış massivləri, humanitar dəhlizlər bombalanarkən və uşaqlar olan avtobuslar bombalanır. Buna görə də ukraynalıların Rusiyaya nifrət etmək hüququ var.Bizim azadlığımız və ləyaqətimiz xalqımız və dünya xalqları üçün mübarizə aparırıq”.

 

Gununsesi.info