Argentinada təqaüdçülərlə polis arasında toqquşma

  • Müəllif: Orxan
  • 22 May 2025 14:40

Təqaüdçülər və digər fəalların Argentinada Mileziya hökumətindən pensiyaların artırılmasını tələb edərək Konqresin qarşısında keçirilən nümayişə polis müdaxilə edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Amerika ölkəsi Argentinada fəallar və təqaüdçülərin pensiyaların artırılması tələbi ilə Konqres qarşısında keçirilən nümayişinə polis müdaxilə edib. Reuters-ə danışan şahidlər aksiyada onlarla yaralı olduğunu bildiriblər.

Buenos-Ayresdəki nümayişdən mətbuata əks olunan görüntülərdə yaşlı fəallar və digər etirazçılar mahnı oxuyub şüarlar səsləndirərkən, təhlükəsizlik qüvvələri əllərində qalxan, o cümlədən dəyənəklə etirazçılara müdaxilə edib.

Aksiya təqaüdlərin artırılması və təqaüdçülərə yardımın davam etdirilməsi ilə bağlı təkliflər də daxil olmaqla, Konqresin təkliflərinin kifayət qədər səs çoxluğu əldə edə bilmədiyi bir vaxtda baş tutub.

Orxan

Gununsesi.info