Aslan İsmayılov ayağı kəsilən şəxslə bağlı Səhiyyə Nazirliyini tənqid etdi

  • By admin
  • 24 İyun 2016 17:15

Aslan İsmayılov

 

Tanınmış vəkil Aslan İsmayılov öz Facebook səhifəsində Bakıda həkimin sol ayaq yerinə, xəstənin sağ ayağını kəsməsinə münasibət bildirib. Gununsesi.info həmin statusu sizə təqdim edir:

 

“Bu günlərdə iki körpə həkim səhlənkarlığından həyatını itirdi. Bu gün isə mətbuatda həkimin səhvən xəstənin sol ayağı yerinə, sağ ayağını kəsdiyi fikri səsləndi. İndi oxuyuram, həkim etiraf edir ki, mexaniki səhvə yol verib və qanqrena olan ayağı yox, sağlam ayağı kəsib. Belə səhiyyəyə başçılıq edənin başı kəsilməlidir”.

 

Qeyd edək i, Bakıda həkim sol ayağının kəsilməsinə diaqnoz qoyulan xəstənin sağ ayağını kəsib. Bu “rezonanslı əməliyyat” Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində aparılıb. Mərkəzin həkimi Valeh Kərimov özü də səhv etdiyini boynuna alıb. Həkimin etirafına ictimaiyyətdən sərt təpkilər gəlməkdədir. Sosial şəbəkələrdə isə Azərbaycan səhiyyəsinin analoqu olmayan hadisəsi barədə geniş müzakirələr açılıb.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov 87 yaşlı Tərlan Əliyevanın sol ayağı əvəzinə səhvən sağ ayağını kəsib.