AVRO-2016: İngiltərə və Uels növbəti mərhələyə vəsiqə qazandı - VİDEO

  • By admin
  • 21 İyun 2016 01:01

euro 2016 general

 

Fransada keçirilən futbol üzrə Avropa çempionatında növbəti turun oyunları başa çatıb. Gununsesi.info xəbər verir ki, çempionatın “B” qrupu çərçivəsində Rusiya yığması Uelslə qarşılaşıb.

Oyun Uels komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə Uels komandası 1/8 finala vəsiqə qazanıb.

Növbəti oyun İngiltərə və Slovakiya komandaları arasında baş tutub. Komandalar qolsuz bərabərliklə ayrılıblar.

Bununla da İngiltərə komandası 2-ci pillədən play-off mərhələsinə adlayıb.

Bununla da “B” qrupunda mübarizəyə yekun vurulub. Uels və İngiltərə komandaları 1/8 finala vəsiqə qazanıblar.

Gununsesi.info