Avropa Məhkəməsindən İlqar Məmmədovla bağlı daha bir qərar

  • By admin
  • 29 May 2019 15:26

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası İlqar Məmmədovun işi üzrə qərarını elan edib.

Vəkil Fariz Namazlının Gununsesi.org-a verdiyi xəbərə görə, ilk dəfə Konvensiyanın 46-cı maddəsinin pozuntusu tanındı:

” Məhkəmə göstərib ki, Konvensiya ilə təminat verilən hüquqular xəyali və nəzəri olmalı deyil, praktiki və effektiv olmalıdır. Məmmədovun ilk işi üzrə qərar Məhkəmənin qərarının icrasının təminatı üçün qəbul edilən hərəkətlərin mədudlaşdırılması Məhkəməni o nəticəyə gətirib ki, Azərbaycan Konvensiya normalarının effektiv və praktiki müdafiəsinin təmin edilməsinə “vicdanlı” davranmayıb. Beləliklə, Böyük Palata hesab edib ki, Azərbaycan bu iş üzrə Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndi üzrə öhdəliklərini yerinə yetirməyib”.

Gununsesi.org