Avropa Sosialistlər Partiyasından Kılıçdaroğluna dəstək

  • By admin
  • 12 May 2023 10:42

Avropa Sosialistlər Partiyası Türkiyədəki seçkilərdə dəstəklədiyi namizədi açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avropa Sosialistlər Partiyası (PES) Millət İttifaqının ortaq namizədi Kamal Kılıçdaroğlunun vəd etdiyi Türkiyənin Avropa Birliyi (AB) ilə viza sərbəstliyi müddəti üçün gərəkli islahatları tamamlamaqla bağlı açıqlamasını dəstəkləyib.

Avropa Sosialistlər Partiyası bununla bağlı açıqlama yayıb:

“PES AKP-nin öndə gələn isimlərindən olan XİN başçısı Mövlud Çavuşoğlunun türk vətəndaşları üçün viza sərbəstliyi kriterlərinin çevik şəkildə yerinə yetirilməsinin mümkün olmaması ilə bağlı fikirlərinə qatılmamaqdadır. Bu, AB siyasəti və prosesləri mövzusunda dəqiq bir baxış və bilgi əksikliyini göstərməkdədir. Ölkəni Avropa dəyərlərindən uzaqlaşdıran və iştirak prosesini tamamı ilə dayandıran Prezident Ərdoğan və onun avtoritar idarəsi olub”.

 

Tərcümə: Arzu

Gununsesi.info