Avropa Şurasından Azərbaycana muzdlu döyüşçü iddiası

  • By admin
  • 27 Sentyabr 2021 15:07

Avropa Şurası Parlament Assambleyasının bu gün keçiriləcək sessiyasında “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı hesabat müzakirə olunacaq.

Gununsesi.info-nun Strasburqa ezam olunan əməkdaşının xəbərinə görə, hesabat İrlandiyadan olan deputat Paul Gavan tərəfindən təqdim ediləcək.

Hesabatda Azərbaycanın Ermənistanla müharibədə Suriyadan muzdlu döyüşçü gətirməsi barədə iddia əks olunub.

Azərbaycanın AŞ PA -dakı nümayəndə heyətinin üzvləri bununla bağlı fikirlərin hesabatdan çıxarılmalı olduğunu deyib.
Heyət üzvləri müzakirələrdə bununla bağlı ölkəmizin mövqeyini açıqlayacağını bəyan edib. Onlar deyib ki, müharibədə Azərbaycan əsgərləri döyüşüb.

 

Pərviz Həşimli
Fransa/ Strasburq
Gununsesi.info