Azərbaycan-İsrail münasibətləri: keçmiş və gələcək – ƏLİ NAĞIYEVİN OĞLU “YERUSƏLİM POST”da YAZIR

  • By admin
  • 12 May 2023 10:48

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin oğlu İlham Nağıyev İsrailin tanınmış media yayım orqanı olan “Yerusəlim Post”a Azərbaycan-İsrail münasibətləri haqqında yazıb.

Gununsesi.info həmin materialın tərcüməsini təqdim edir.

Azərbaycan və İsrail arasındakı yaxın münasibətlər hər şeydən öncə illər içində Azərbaycana yerləşən yəhudi icmalarının varlığı ilə əlaqəlidir. Azərbaycan İsraillə geniş əməkdaşlığa və strateji ittifaqa sahib bir neçə Müsəlman ölkədən biridir. Din, inanc və baxış fərqliliklərinə rəğmən, bu gün iki ölkə arasındakı əlaqələr qlobal münasibətlərdə bənzərsiz tarixi örnək olaraq qəbul edilir. İsraillə olan yaxın əlaqələr, hər şeydən öncə çağlar boyunca Azərbaycana yerləşmiş yəhudi icmaların varlığı ilə əlaqəlidir.

“Dağ yəhudiləri”nin 1500 ildir ki, Azərbaycanda yaşamaları, aşkenazi və gürcü yəhudilərin XIX yüzillikdə və XX əsrin əvvəllərində Bakı və Oğuza yerləşmələri, yaşayışı və mədəni kimliklərini qoruya bilmələri ölkələr arasındakı əlaqələrin təməli olaraq görülür.

“Qırmızı qəsəbə” Azərbaycanda tarixi bir yəhudi qəsəbəsidir. Yəhudilərin dini və mədəni ənənələrinə görə yaşadıqları önəmli bir yerdir. 20.000-dən çox əhalisi ilə “Qırmızı qəsəbə” İsrail və Amerikadan başqa dünyada çoxusu yəhudi olan tək qəsəbədir. Burada 2020-ci ildə açılan Dağ Yəhudiləri Muzeyi və fərqli dönəmlərdə tikilən, ya da bərpa edilən sinaqoqlar, xalqın adətlərini və mirasını qoruyaraq gələcək nəsillərə təhlükəsiz şəkildə ötürməyi hədəfləyir.

Cənubi Qafqazda iki xalqın ortaq tarixi yaddaşı və aralarında inkişaf edən tolerantlıq və birgəyaşayış mühiti Azərbaycanın 1990-cı illərdə ikinci dəfə müstəqilliyini qazanması ilə keyfiyyət və kəmiyyət baxımından, daha da inkişaf etdi.

İsrailin Azərbaycanın müstəqiliyini rəsmən tanıyan və diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olması təsadüfi deyil. Müstəqil Azərbaycan və İsrail arasındakı diplomatik və iqtisadi əlaqələr 1990-cı illərdən bəri genişlənməyə davam etdi.

 

Son 30 ildə iki ölkə arasındakı iqtisadi əməkdaşlıq səviyyəsi önəmli ölçüdə artdı. Son 26 ildə Azəbaycandan İsrailə ixracat 61% artıb. 1995-ci ildə ixracat 3600 dollar, 2021-ci ildə isə 898 milyon dollar dəyərində olub.

Bu rəqəm 2022-ci ildə yüksələrək 1.68 milyard dollara çatıb. Bu məbləğin çoxusunu neft və neft məhsuları təşkil edir. Bu gün Azərbaycan İsrailin əsas enerji tədarükçülərindən biridir və ölkənin neft ehtiyacının 40%-ni təmin edir. Digər sektorlardakı ixracat potensialı hər ötən il gözlə görüləcək şəkildə artmaqdadır.

Azərbaycan və İsrail arasında iqtisadiyyatla yanaşı, hərbi, texnoloji və terrorla mübarizə kimi, digər strateji sahələrdə qarşılıqlı əməkdaşlıq inkişaf edir. Özünün müdafiə potensiallarını gücləndirmələri iki ölkə arasındakı əməkdaşlıqda da başlıca yerə sahibdir. Strateji sektorlarla yanaşı, turizm, kənd təsərrüfatı, səhiyyə və enerji qaynaqları Azərbaycanla İsrail arasındakı münasibətlərin son illərdə inkişaf etməsində əsas sahələrdən biri olub. Aazərbaycanın 2021-ci ildə İsraildə Turizm və Ticarət Təmsilçiliyini yaratması, ikitərəfli münasibətlərin inkişaf etdirilməsində önəmli addımlar olaraq qəbul edilir.

Bu baxımdan, Azərbaycanın 29 mart 2023-cü ildə İsraildə səfirlik açması 30 illik əməkdaşlıq və strateji tərəfdaşlığın məntiqli nəticəsi olaraq görülməlidir.

İsrailin Xarici İşlər Naziri E. Cohenin ötən günlərdə bir iqtisadi paketlə Azərbaycana səfər etməsi, bu görüşdəkı razılaşmalar, ikili münasibətlərdəki dinamikanın açıq isbatıdır.

Enerji, iqtisadiyyat, turizm, ekologiyanı qorumaq və yatırım kimi sektorlarda qarşılıqlı əməkdaşlığın genişlədilməsi, Azərbaycanla İsrail arasında yüzilliklərə söykənən sağlam tarixi əlaqələrin nəticəsidir.

Mədəni kimliklər və tarixi əlaqələr üzərində qurulmuş ikitərəfli münasibətlərlə son 30 ildə iqtiasdiyyatdan təhlükəsizliyədək bir çox sektorda önəmli məsafələr qət edildi. Bu inkişafdan doğan etibar və dəstək mühiti Azərbaycan-İsrail münasibətlərinin yeni bir mərhələyə girməsinə zəmin hazırlayıb.

Bu gün yaxın gələcəkdə hər sahədə münasibətlərin daha da genişləyəcəyinə şübhə yoxdur.

 

Tərcümə: Arzu 

Gununsesi.info