Azərbaycan Müdafiə Nazirliyindən Türkiyəyə TƏŞƏKKÜR

  • By admin
  • 30 Noyabr 2020 21:17

Azərbaycan Müdafiə Nazirliyi Türkiyənin  hərbi istehkamçılarının Azərbaycana gəlməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb:

“Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.

Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”.

Gununsesi.info