Azərbaycanda sənədsiz evlərin hamısı sənədləşdirilsin - DEPUTATDAN TƏKLİF

  • By admin
  • 07 Dekabr 2016 17:30

qenirepalr

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə büdcə müzakirələri zamanı sənədsiz evlərin sənədləşməsi məsələsini qaldırıb və hökumətə çağırış edib.

Gununsesi.info-nun xəbərinə görə, Milli Məclisdə 2017-ci ilin büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Q.Paşayeva ölkədə onminlərlə sənədsiz evlər məsələsini qaldırıb və hökumətə çağırış edib: ”Büdcəyə daxil olmaların artması, əlavə mənbələr barədə danışırıq və mən bu mənbələrdən biri ilə bağlı məsələ qaldırmaq istəyirəm. Bu gün ölkəmizdə onminlərlə sənədsiz evlər var. Onların sənədləşmə mexanizmlərinin qısa zamanda tapılması və bu məsələnin həlli yüzminlərlə vətəndaşımızın həyatı üçün olduqca vacib olmaqla yanaşı dövlət büdcəsinə böyük həcmdə vergi və rüsumların cəlb edilməsinə də təsir göstərə bilər. Ona görə də müvafiq qurumların bu məsələyə böyük diqqət göstərməsi çox önəmlidir. Onminlərlə ailə üçün çox vacib olan bu məsələ ilə bağlı ümid edirik ki qısa zamanda ciddi addımlar atılacaq”.

Gülnaz Qənbərli

Gununsesi.info