Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən uçqun nəticəsində üçü qadın, biri kişi olmaqla dörd nəfər xəsarət alıb.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Xəsarət alanlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda müalicələri təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
10:42
Goranboyda yaşayış binasının döşəməsi çöküb.
Gununsesi.info qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində baş verib.
Belə ki, həmin ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin döşəməsi çöküb.
Dərhal əraziyə adiyyəti qurumların əməkdaşları cəlb olunub. Hadisə zamanı iki nəfər yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.













