Mingəçevirdə məktəbli öldürüldü: Şübhəli qismində 14 yaşlı yeniyetmə saxlanıldı

  • Müəllif: Ayshan
  • 23 Noyabr 2025 10:15

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub.

Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü şəhər sakini, Elman Sarıyev həyatını itirib. O, 17 saylı şəhər orta məktəbinin 11-ci sinif şagirdidir.

Bildirilir ki, noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E.Sarıyev kəsici alətlə qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info