Azərbaycanlılar Ombudsmana ən çox nədən şikayət edir? – STATİSTİKA

  • By Admin2
  • 17 İyul 2026 14:39

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı 2026-cı ilin ilk altı ayı ərzində “916” Çağrı Mərkəzinə daxil olan müraciətlərin statistik göstəricilərini açıqlayıb.

Məlumata görə, vətəndaşların ən çox müraciət etdiyi sahələr arasında ünvanlı dövlət sosial yardımı, kommunal xidmətlərlə bağlı problemlər və səhiyyə məsələləri üstünlük təşkil edib.

Gununsesi.info xəbər verir ki, “916” Çağrı Mərkəzinə 2026-cı ilin birinci yarısında daxil olan zənglərin ehtimal olunan hüquq pozuntuları və məzmunu üzrə statistikasında ən çox müraciət ünvanlı dövlət sosial yardımı (1617) ilə bağlı qeydə alınıb.

Statistikaya əsasən, sonrakı yerlərdə kommunal problemlər (1465), müayinə və müalicə (1155), əlilliyin müəyyən edilməsi (898), aliment məsələləri (784), Dövlət Yol Polisinin fəaliyyəti (779), məşğulluq (707), əmlak mübahisəsi (667), təhsil məsələləri (581), ehtimal olunan qeyri-obyektiv təhqiqat/istintaq (555) və maddi yardım (371) ilə bağlı müraciətlər yer alıb.

Medial