Bəylər Eyyubov da Prezidenti Əbu-Dabi səfərində müşaiyyət edib

  • By admin
  • 05 Fevral 2026 23:21

Xəbər verdiyimiz kimi, fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan prezidenti  İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub.

Gununsesi.info-nun xəbərinə görə, ölkə başçısını bu səfərdə müşaiyyət edən şəxslər arasında Prezidentin Katibliyinin rəisi Bəylər Eyyubov da olub.

Qeyd edək ki, son zamanlar bəzi media orqanlarında Bəylər Eyyubov  haqqında böhtan və həqiqətəuyğun olmayan məlumatlar tirajlanıb.

Bu fakt bir daha general-polkovniklə bağlı yazılanların və deyilənlərin  reallıqdan uzaq olduğunu təsdiqləmiş oldu.

Gununsesi.info