
Futbol üzrə Almaniya Super kuboku uğrunda mübarizdə “Borussiya Dortmund” və “Bavariya” komandaları üz-üzə gəliblər.
Gununsesi.info xəbər verir ki, “Signal İduna Park” stadionunda keçirilən görüş Münxen təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Bavariya”nın heyətində Robert Levandovski (41, 74) və Tomas Müller (50) fərqləniblər.
“Borussiya Dortmund”un isə yeganə qoluna 64-cü dəqiqədə Marko Roys imza atıb.
Qeyd edək ki, bu titul “Bavariya” klubunun tarixində doqquzuncudur.