Bayramovun israilli həmkarının İranla bağlı sərt ifadələrinə qarşılıq verməməsini təqdir edirəm - GÜLTƏKİN HACIBƏYLİ

  • By admin
  • 30 Mart 2023 17:59

Azərbaycanın İsraildə səfirlik açması gecikmiş, ancaq zəruri qərardır. Bu addım İsrail-Azərbaycan dostluğunun və əməkdaşlığının inkişafına töhfə verəcək və Azərbaycanın hərbi-müdafiə qabiliyyətinin artması üçün əlavə fürsətlər yaradacaq. 

Bununla yanaşı xarici işlər nazirimiz Ceyhun Bayramovun israilli həmkarının İranla bağlı səsləndirdiyi sərt ifadələrə qarşılıq verməyərək “Azərbaycan-İsrail münasibətləri üçüncü ölkələrə qarşı yönəlməyib” fikrini səsləndirməsini təqdir edirəm”.

Gununsesi.info-nun  xəbərinə görə, bunu Milli Şura təmsilçisi, sabiq deputat Gültəkin Hacıbəyli deyib.

Qeyd edək ki, İsrailin XİN rəhbəri azərbaycanlı həmkarı ilə birgə brifinqində İranın həm də Azərbaycanı təhdid etdiyini deyib və əkavə edib ki, bu təhlükələrə qarşı birgə hərəkət olunmaldır.

Gültəkin Hacıbəyli də hesab edir ki, İranla münasibətləri gərginləşdirmək deyil:  “Yaranmış gərginliyi səngitmək lazımdır. İran rejiminin problemini İran xalqı, ABŞ və Israil birlikdə həll edəcək, bu Azərbaycanın müdaxilə edəcəyi məsələ deyil.

İsraildə səfirliklə yanaşı Fələstində Azərbaycan Respublikası nümayəndəliyinin açılması da ölkəmizin ərəb və müsəlman dünyası üçün həssas mövzu olan İsrail-Fələstin qarşıdurmasında tərəfsiz və xoşgörülü mövqeyini sübut edir.

Biz mürəkkəb coğrafiyada yaşayırıq. Hazırda faktiki dünya müharibəsinin tərəfi olan iki imperiya ilə qüzeydən və güneydən qonşuyuq. Bu imperiyaların hər ikisinin ölkəmizlə bağlı militarist və aqressiv maraqları əsrlər boyu olub, bu gün də mövcuddur. Onlardan özümüzü qorumağın yeganə yolu daxildən və xaricdən güclənməkdir.

Qərb demokratiyası ilə münasibətləri gərginləşdirmək, ölkə daxilində öz vətəndaşlarına savaş açmaq Azərbaycanın mövqelərini gücləndirməyə yox, zəiflətməyə, onu geosiyasi risklərə qarşı kövrək və zəif düşürməyə xidmət edir.

Azərbaycan rəhbərliyi Tehranda səfirliyimizə qarşı törədilən terror hadisəsindən sonra bunları nəzərə almayıbsa, heç olmasa indi bu haqda düşünməlidir”.

 

Elmar Elnuroğlu

Gununsesi.info