Biləsuvarda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, Cəlilabad rayon Alar kənd sakini idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən, ötmə əməliyyatını düzgün yerinə yetirməyib və qarşıdan gələn Biləsuvar rayon Ovçubərə kənd sakini Elxan Feyziyə məxsus “VAZ 2107” markalı avtomobillə toqquşub.
Qəza zamanı “VAZ 2107”-də olan yaxın qohumlar, sürücü və onun azyaşlı nəvəsi ölüb. Sürücünün oğlu və yeznəsi isə agır yaralanıb.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvarda ağır yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində kəndi ərazisində qeydə alınıb. Qəza zamanı 2 nəfərin həyatını itirdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.