Bill Qeytsdən NÖVBƏTİ PROQNOZ: Gələn ilin ortalarında…

  • By admin
  • 19 Noyabr 2021 13:38

“Gələn ilin ortalarında təhlükəli variantların ortaya çıxacağını düşünmürəm. 2022-ci ilin ortalarında COVID-19-dan ölüm və infeksiyaya yoluxma nisbəti mövsümi qrip səviyyəsinə enəcək. Həm peyvəndlər, həm də xəstəlik kütləvi immunitetin yaranmasını tədricən təmin edəcək”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Microsoft”un qurucusu Bill Qeyts Sinqapurda keçirilən “Bloomberg New Economy” forumunun panelində deyib.

Məşhur milyarder hesab edir ki, ölüm və xəstəlik sayı azalmağa doğru gedəcək: “Gələn ilin ortalarına qədər peyvəndlərin tədarük prosesi böyük ölçüdə həll olunacaq. Odur ki, bundan sonra logistika haqqında düşünmək və tələbatı ödəmək lazım olacaq”.

Gununsesi.info