Blinkenin qələbə sevinci

  • By admin
  • 30 Noyabr 2022 10:57

ABŞ-nin Azərbaycandakı səfirliyi ötən gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatında ABŞ yığmasının İran milli komandası üzərində qələbəsi ilə bağlı paylaşım edib. 

Gununsesi.info  xəbər verir ki, paylaşımda qələbə münasibətilə milli komandaya təşəkkür edilib: “ABŞ-nin futbol millisi bu gün bizi qürurlandırdı. Möhtəşəm qələbə münasibətilə təbrik edirik. Dostlarımız, ailələrimiz və bütün dünyada olan pərəstişkarlarımız gözəl oyun göstərən komandanı alqışlayır. 1/8 finalda uğurlar. ABŞ komandası, irəli!”

Qeyd edək ki, qələbəni qeyd edənlər arasında ABŞ Dövlət katibi Entoni Blinken də olub.

Xatırlıadaq ki, ABŞ millisi İranı 1:0 hesabı ilə məğlub edərək 1/8 mərhələsinə yüksəlib.

 


Günay
Gununsesi.info