Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Gununsesi.info xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.











