Bu il keçiriləcək sertifikasiya imtahanlarının vaxtı açıqlandı

  • By Mina
  • 18 Aprel 2024 12:45

Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, sertifikatlaşdırma iyunun 24-də keçiriləcək.

“Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq” – E.Bağırov deyib.

Gununsesi.info