Bu istiqamətdə hərəkət edən sürücülərin diqqətinə!

  • Müəllif: Firuzə
  • 14 Yanvar 2026 20:35

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə xəbərdarlıq edib.

Bu barədə Gununsesi.infoya AAYDA-dan məlumat verilib.

Bildirilib ki, sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa, həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etmələri tövsiyə olunur.

Gununsesi.info