Bu universitetdə tələbə rektoru seçilib

  • Müəllif: Orxan
  • 05 Yanvar 2026 14:16

Ayan Cavadzadə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2025/2026-cı tədris ili üzrə tələbə rektoru vəzifəsinə seçilib.

Bu barədə Gununsesi.info-ya UNEC-in mətbuat xidmətindən məlumat verilib.

Tələbə rektor universitetin əsas korpusunda, 325-ci otaqda fəaliyyət göstərir. Tələbələr həftə içi saat 14:00–18:00 aralığında əsas tədris binasında onunla görüşərək təklif, şikayət və iradlarını bildirə bilərlər. Müraciətlərin elektron formada qəbulu da mümkündür.

Ayan Cavadzadə 2023-cü ildə Biznes və menecment fakültəsinin “Marketinq” ixtisasına (əyani şöbə, azərbaycan bölməsi) qəbul olub. Hazırda həmin ixtisas üzrə 3-cü kurs əlaçı tələbəsi olaraq təhsilini davam etdirir.

Gununsesi.info