Gələn həftə bürclərin enerjisində ciddi canlanma müşahidə olunacaq. Ulduzlar müxtəlif bürclər üçün fərqli istiqamətlərdə şans vəd edir.
Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, astroloqların proqnozuna əsasən, hər bürcün ən uğurlu günü belədir:
Buğa – Cümə. Maliyyə məsələlərində irəliləyiş və gözlənilməz fürsət yarana bilər.
Əkizlər – Çərşənbə. Danışıqlar, görüşlər və kommunikasiya uğurlu olacaq.
Xərçəng – Bazar ertəsi. Ailə və şəxsi həyatla bağlı müsbət dönüşlər gözlənilir.
Şir – Cümə axşamı. İş həyatında diqqət çəkəcəyiniz və dəstəklənəcəyiniz gündür.
Qız – Şənbə. Uğurlu səfər, alış-veriş və şəxsi planların reallaşması mümkündür.
Tərəzi – Çərşənbə axşamı. Qərar vermək, yeni layihəyə başlamaq üçün əlverişli gündür.
Əqrəb – Bazar günü. Emosional rahatlıq və gözlənilməz xoş xəbər ilə yadda qalacaq.
Oxatan – Cümə. Uğurlu əməkdaşlıqlar və yeni tanışlıqlar şans gətirə bilər.
Oğlaq – Çərşənbə. İşdə yüksəliş, rəhbərlikdən dəstək almaq ehtimalı yüksəkdir.
Dolça – Bazar ertəsi. Yaradıcılıq, innovativ ideyalar və şəxsi inkişaf üçün ideal.
Balıq – Cümə axşamı. Duyğusal balans və sevgi münasibətlərində gözəl anlar yaşanacaq.
Mütəxəssislər hər bürcü öz planlarını həmin günlərə uyğunlaşdırmağa çağırır. Ulduzlar ən çox dəstəyi məhz bu tarixlərdə göstərəcək.












