Ceyhun Bayramovdan demokratiya bəyanatı - XİN RƏHBƏRİ BMT-nin İNSAN HAQLARI ŞURASINDA DANIŞDI

  • By admin
  • 22 Fevral 2021 22:03

“Demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi Azərbaycanın əsas prioritetləri sırasındadır. Ölkədə davam edən islahatlar siyasi partiyalarla əsası qoyulmuş dialoq, mətbuatın inkişafına dəstək, əlilliyi olan şəxslər üçün daha yaxşı şəraitin yaradılması, qadınların və gənclərin təşviq olunması, şəffaf və səmərəli ictimai xidmətlərin miqyasının artırılması kimi geniş sahələri əhatə edir.”

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentindəki çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir.

Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində deyib ki, nazir Bayramovun demokratiya, insan hüquqları, media azadlığı, siaysi partiyalarla dialoq barədə dedikləri reallığı əks etdirmir.

Turanə

Gununsesi.info