DSX-dan generalın işdən çıxarılması xəbərinə reaksiya

“Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin rəisi Ayaz Hüseynovun işdən azad olunması barədə hər hansı bir rəsmi məlumat yoxdur. Belə bir məlumat olarsa ictimaiyyətə bildiriləcək”.

Bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aftandil Abbasov deyib.

Qeyd edək ki, bugün saytımızda Ayaz Hüseynovun işdən çıxarılması barədə xəbər yayılıb.

Ayaz Hüseynovun yaxınları isə saytımıza açıqlamasında onun hal-hazırda məzuniyyətdə olduğunu bildirib.

Bununla belə, mənbəmiz iddiasında israrlı olduğunu bildirib.

Hazırda Akademiyada buraxılış dövrü olduğunu vurğulayan mənbəmiz indiki dövrdə Kadrlar Baş İdarəsi rəisinin məzuniyyətdə olmasının mümkünsüz olduğunu bəyan edib.

Elmar

Gununsesi.info