Dünyanın ən çox gəlir əldə edən qadın idmançısı açıqlandı

  • By admin
  • 24 May 2020 17:27

Yaponiyalı tennisçi Naomi Osaka ötən il 37,4 milyon dollar pul qazanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb. Bununla da o, ən çox qazanan qadın idmançı titulunu əldə edib. 4 il ardıcıl olaraq bu postu tutan amerikalı tennisçi Serena Uilyams 1,4 milyon dollar fərqlə Naomidən geri qalıb.

Qeyd edək ki, Osaka US Open-2018 finalında Serena Uilyamsı məğlub edərək bütün diqqəti üzərinə cəmləmişdi.

 

 

Gununsesi.org