İtaliyada “Latsio” klubunun prezidentinə qarşı araşdırma başlandı

  • By admin
  • 24 May 2020 17:41

İtaliya Futbol Federasiyası (FIGC) “Latsio” klubunun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlayıb.

Gununsesi.org-un “Il Tempo”ya istinadən məlumatına görə, buna 63 yaşlı mütəxəssisin martın 8-də keçirilmiş “Yuventus” – “İnter” matçının danışılmış xarakterli olduğuna dair açıqlaması səbəb olub. Lotito Turin komandasından 1 xal geri qalmalarını məhz bu görüşdə baş verənlərlə əlaqələndirib.

FIGC klub prezidentinin bu açıqlamasına aydınlıq gətirmək istəyir. Dedikləri təsdiqlənməsə, Lotitonu müvafiq sanksiya gözləyir.

Qeyd edək ki, “Latsio” A Seriyasında 26 turdan sonra 62 xalla 2-ci pillədə qərarlaşıb. Lider “Yuventus”un isə 63 xalı var.

 

 

Gununsesi.org