Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat edib.
Gununsesi.info xəbər verir ki, 40 ilə yaxın Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edən, ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Manafov Səttar Qəzənfər oğlu dünyasını dəyişib.
Qeyd edək ki, Səttar Manafov Hərbi Dəniz Qüvvələrində xidmət etməklə yanaşı, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində kafedra müdiri və Təlim-Tədris Mərkəzinin rəisi vəzifələrində çalışıb. O, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Mərhum doğulduğu Neftçala şəhərində dəfn edilib.













