Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi İstanbulda rəsmi mərasimlə qarşılayıb.
Gununsesi.info xəbər verir ki, Vəhdəddin Köşkündə keçirilən rəsmi qarşılanma mərasimindən sonra iki ölkə lideri təkbətək görüş keçirib.
Bildirilib ki, qapalı qapılar arxasında baş tutan görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və digər yüksəkrütbəli rəsmilər də iştirak ediblər.
Təkbətək görüşdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Şahbaz Şərifin rəhbərliyi ilə nümayəndə heyətləri arasında geniş tərkibli danışıqlar aparılıb.












