Ərdoğan silahlı hücumdan danışdı

  • Müəllif: Firuzə
  • 08 Sentyabr 2025 14:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İzmir şəhərində polis bölməsinə edilən silahlı hücumdan danışıb.

Gununsesi.info “Hürriyət”ə istinadən xəbər verir ki, Ərdoğan 2 polisin həlak olduğu hadisə barədə araşdırma aparıldığını deyib.

Yeni tədris ilinin başlaması ilə əlaqədar tədbirə qatılan ölkə başçısı cinayəti törədən yeniyetmənin tutulduğunu qeyd edib: “Hadisədə həyatını itirən polislərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Şübhəli olan 16 yaşlı şəxs artıq saxlanılıb, onun əlaqələri araşdırılır. Bütün hüquq-mühafizə qurumlarımızın başı sağ olsun!”

Gununsesi.info