“Ermənistan artıq KTMT- yə ümid etmir” -Qriqoryan

  • By admin
  • 16 Sentyabr 2022 19:22

Ermənistan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsinə ümid etmir.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azad Avropa/Azadlıq” (ermənicə “Azatutyan”) radiosuna müsahibəsində bildirib.

“Təbii ki, belə bir ümid var idi və təbii ki, o ümid tamamilə itdi və artıq belə bir ümid yoxdur. KTMT-nin Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən (?) tamamilə çıxarılması üçün hələ də lazımi reaksiya verməməsi bizim gözləntilərimizin özünü doğrultmadığı anlamına gəlir”, – deyə o radioya müsahibəsində bildirib.

Gununsesi.info