2025-ci ilin İş Planına uyğun olaraq həyata keçirilən 15 audit və analitik fəaliyyət zamanı əsaslı xərclər sahəsində hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Gununsesi.info-nun xəbərinə görə, araşdırmalar göstərir ki, pozuntular prosesin demək olar bütün mərhələlərini əhatə edib.
Belə ki, vəsaitlərin ayrılması mərhələsindən başlayaraq layihə-smeta sənədlərinin hazırlanması, sifarişçiyə təhvil verilməsi və ekspertizadan keçirilməsi zamanı qanun pozuntularına yol verilib.
Eyni zamanda tikinti fəaliyyətinin həyata keçirilməsi, byektlərin tikintisi, əsaslı təmiri, yenidən qurulması, bərpası və söküntüsü proseslərində də ciddi nöqsanlar aşkarlanıb.
Bundan əlavə, obyektlərin istismara qəbulu və uçota alınması mərhələlərində də qanunvericiliyin tələblərinin pozulduğu qeyd olunub.
Mütəxəssislər bildirir ki, əsaslı xərclər üzrə bu cür sistemli pozuntular həm dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə, həm də tikinti və infrastruktur layihələrinin keyfiyyətinə mənfi təsir göstərir.
Maqsud












