Fərid Əhmədov yeni rəis müavini təyin etdi

  • Müəllif: Ayshan
  • 23 Dekabr 2025 20:28

Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin rəisinə yeni müavin təyin olunub.

Gununsesi.info “İqtisadiyyat.az” a istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Azər Mehralıyev idarə rəisinin müavini vəzifəsinə təyin olunub. Bununla da idarə rəisinin müavinlərinin sayı 2-yə çatdırılıb.

Qeyd edək ki, Azər Mehralıyev uzun illərdir Ədliyyə Nazirliyində çalışır.

Gununsesi.info