FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür

  • By admin
  • 31 İyul 2021 18:25

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşəcək.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Gununsesi.info