FHN yanında İctimai şuranın iclası keçirildi - FOTOLAR

  • By admin
  • 20 Oktyabr 2022 14:08

20 oktyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai şuranın iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasın keçirilməsində əsas məqsəd Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ölkə ərazisində tikintidə təhlükəsizlin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət, bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub.

İclasda İctimai şuranın sədri Fuad Hacızadə və şuranın digər üzvləri, FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyəv, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov və Agentliyin əməkdaşları iştirak ediblər.

İclasda çıxış edən Agentliyin rəis müavini E.Əsədov təmsil etdiyi qurum tərəfindən ölkə ərazisində tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq tikintidə təhlükəsizliyə nəzarətin aparılmasına dair metodik-normativ sənədlərin və tövsiyələrin, tikintiyə dair digər normativ-texniki sənədlərin hazırlanması, layihə təşkilatları tərəfindən hazırlanmış tikinti layihələrinin qüvvədə olan şəhərsalma və tikinti normativ sənədlərinə uyğunluğunun yoxlanılması, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisində tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərində yerinə yetirilən tikinti işlərinin dövlət ekspertizasından keçmiş layihəyə, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət, müasir texnologiya və avadanlıqlardan, cihazlardan istifadə edilməklə, tikintidə istifadə olunacaq tikinti materiallarının və konstruksiyaların dövlət standartlarının tələblərinə cavab verməsinin yoxlanılması, müxtəlif təyinatlı bina və qurğularda tam müayinə işlərinin aparılması, tikinti təhlükəsizliyi tələblərini pozan şəxslərə və tikinti şirkətlərinə qarşı öz səlahiyyətləri çərçivəsində inzibati tədbirlərin tətbiq edilməsi həyata keçirilib.

Agentliyin fəaliyyətini ümumilikdə müsbət qiymətləndirən İctimai şura üzvləri tikintidə təhlükəsizliyin təmin edilməsi istiqamətində aidiyyəti qurumlarla birgə əlaqəli fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclas zamanı İctimai şura üzvləri tikintidə təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə bağlı fikir və təkliflərini bildiriblər.

Gununsesi.info