Fikrət Cəfərli azadlıqda

Həbsdə olan İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli cəza müddəti başa çatıb.

Gununsesi.info xəbər verir ki, hüquq müdafiəçisi bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Xatırladaq ki, hüquq müdafiəçisi Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyevin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs edilib.

O, Binəqədi Rayon Məhkəməsinin (hakim Zamiq Bağırov) hökmü ilə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Günay

Gununsesi.info