İmişli Rayon Polis İdarəsinin təhqiqatçısı, Elgün adlı polis kapitanı Kür çayında çimərkən boğularaq ölüb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, köməksiz vəziyyətdə qalan Elgünü xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti dünən torpağa tapşırılıb.
29 yaşlı Elgün Həsənovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Allah rəhmət eləsin!












