Gəncədə azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Gununsesi.info xəbər verir ki, 2017-ci il təvəllüdlü A.Abbasova ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun velosipeddən yıxılaraq ağır xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.











