Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Gununsesi.info-ya bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısı alınıb.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə güllələnmə hadisəsi baş verib.
Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
Orta yaşlı kişi aldığı güllə yarası ilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, araşdırma aparılır.












