General Rasim Əliyev vəfat etdi

Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib.

Gununsesi.infonun “Qafqazinfo”-ya  istinadən xəbər verir ki, general bu gün səhər qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra yaş həddi ilə bağlı təqaüdə göndərilib.

 

Gununsesi.info