Gürcüstanda parlament seçkilərində 66 partiya iştirak edəcək

  • By admin
  • 04 Sentyabr 2020 22:50

Gürcüstanda parlament seçkilərində iştirak edəcək partiyaların qeydiyyat prosesi başa çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

MSK-da 66 partiya qeydiyyata alınıb. Seçkilərdə iştirak hüququ əldə etmək üçün komissiyaya ümumilikdə 78 partiya müraciət edib, onların 12-si qeydiyyatla bağlı imtina cavabı alıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

 

 

Gununsesi.info