Həbs edildiyi barədə xəbər yayılan hərbi icmalçıdan AÇIQLAMA

  • By admin
  • 03 Yanvar 2023 14:19

Bir neçə ay öncə haqqında həbs olunduğu barədə xəbər yayılan hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram azadlıqda olduğunu bildirib. Uzun müddətdir sosial şəbəkədəki profilini donduran Nazim Bayramov, nəhayət, aktivləşərək, bunun səbəbini də açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Nazim Bayram həbs olunduğunu təkzib edib.

“Həbs olunmamışdım. Hazırda da azadlıqdayam. Sadəcə, 1.5 ildir Facebook-dan uzaqlaşmışdım, şəxsi işlərlə məşğul idim. Hesab edirəm, əsas missiyamızı 2020 ildə şərəflə yerinə yetirdik və ictimai məkanda qalmama ciddi səbəb qalmadı. Mən nə ictimai xadiməm, nə də politoloq, bunu əvvəllər də həmişə vurğulamışam”.

N.Bayram haqqında şayiə yayanları məhkəməyə verəcəyini istisna etməyib:

“Həbsim barədə məlumat səhvən yayılıb. Bu, sadəcə ittiham deyil, şərəf və ləyaqətimə toxunan ag yalan, şər və böhtandır. Bunu yayanlara məhkəmədə əsaslandırmaq üçün şərait yaradacam”.

Xatırladaq ki, Nazim Bayram cəmiyyətdə Qarabağ müharibəsinin veteranı və hərbi icmalçı kimi tanınır. O, Vətən Müharibəsində veteranlardan təşkil edilmiş dəstədə də iştirak edib.

Gununsesi.info