“Hər il danışıram, özüm də bezmişəm” -Tahir Kərimli

  • By admin
  • 06 İyun 2023 13:42

“Ağsu dolayları haqqında hər il danışıram. Ağsuda 400-ə yaxın ev hələ də zəlzələdən sonra bərpa olunmayıb. 4 milyon manat ayrılmalıdır, amma ayrılmır. Özüm də bezmişəm. Hər dəfə yazılı deyirlər ki, gələn il olacaq, amma olmur”. 

Gununsesi.info xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli Milli Məclisin iclasında deyib.

“Məsələləri qaldırırıq, özümüz deyib, özümüz eşidirik. Nə qədər təklif irəli sürmüşəm. Biri də icra olunmur. Xahiş edirəm, məsələlərə diqqət edilsin. Əvvəl seçicilər deyirdi məsələləri qaldırmırsınız. İndi isə deyirlər ki, siz qaldırdığınız məsələlərin nə xeyri var, hansı qaldırdığınız məsələ qəbul olunub? Hökumətdən xahişim odur ki, qaldırılan məsələləri yerinə yetirsinlər”, – deyə T.Kərimli bildirib.

Gununsesi.info