Hakan Fidan həmkarı ilə Suriya və Qəzzanı… Rusiya-Ukraynanı müzakirə ediblər

  • By Günel
  • 14 Fevral 2025 20:51

Yaxın Şərqdə sülhün təmin olunması üçün Qəzzada atəşkəsin davamlı olması şərtdir.

Gununsesi.info bildirir ki, “Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Böyük Britaniyadan olan həmkarı Devid Lammi ilə görüşündə deyib.

Nazirlər Suriya və Qəzzadakı son vəziyyət barədə danışıblar.

Onlar həmçinin Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər.

Gununsesi.info