Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib.Gununsesi.info xəbər verir ki, dövlət başçısının müsahibəsi avqustun 26-da həmin telekanalda yayımlanıb.
Müsahibə zamanı İlham Əliyev Rusiya ilə yaşanan gərginlikdən də danışıb.
Ölkə başçısı deyib ki, Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür: “Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.










